Sizin reklam burada
Sizin reklam burada

15 dəqiqəlik vaxt limiti veriləcək - Sürücülərə xəbərdarlıq!

15 dəqiqəlik vaxt limiti veriləcək - Sürücülərə xəbərdarlıq! Azərbaycanda məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik vaxt limitinin tətbiq edilməsi təklif edilir.
Bu təkliflə deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib. O qeyd edib ki, valideyinlər övladlarını məktəbə apararkən avtomobildən düşüb onu məktəbə qədər ötürür:
“Bu isə təqribən 10-15 dəqiqə vaxt aparır. Valideyin uşağı məktəbə qoyub qayıdanda görür ki, avtomobili qanunsuz saxladığına görə evakuator tərəfindən aparılıb. Ona görə təklif edirəm ki, insanların bu cür cərimələrə məruz qalmaması üçün məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik icazə verilsin”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ