Sizin reklam burada
Sizin reklam burada
  • Məzun günü - Təhsil naziri "Son zəng"i çaldı - VİDEO

    Məzun günü - Təhsil naziri "Son zəng"i çaldı - VİDEO 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng” təşkil edilib.
    Təhsil Nazirliyindən bildirilib ki, bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.
    Virtual "Son zəng”də bütün bölgələrin məzunları virtual himn oxuyub. Eyni zamanda, son 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər "Azərbaycanım” mahnısını ifa ediblər.
    Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 min 646 şagird bitirir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ