Sizin reklam burada
Sizin reklam burada
  • Müəllim və valideynlərin müraciəti dinləniləcək

    Müəllim və valideynlərin müraciəti dinləniləcək Dekabrın 9-da paytaxtın Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə səyyar qəbul keçiriləcək.
    Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakıdakı 311 nömrəli tam orta məktəbdə (Ünvan: Sabunçu rayonu, Şəhər şossesi, döngə 6) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
    Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ