Sizin reklam burada
Sizin reklam burada

Müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi İsmayıllıda keçiriləcək

Müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi İsmayıllıda keçiriləcək Qubada müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.
Təhsil Nazirliyindən bildirilib ki, imtahanlara 1000-dən çox rus dili və ədəbiyyatı (rus bölməsi), rus dili (Azərbaycan bölməsi), riyaziyyat və tarix müəllimi qatılıb. Qubada keçirilən diaqnostik qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edir. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə ötən il müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlarda olublar.
Növbəti diaqnostik qiymətləndirmə noyabrın 27-28-ndə İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək. İmtahanda İsmayıllı ilə yanaşı, Qobustan və Şamaxı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimləri də bu imtahanlara cəlb olunacaqlar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ