Sizin reklam burada
Sizin reklam burada
  • Günay Agamalını ailəsi ilə vurmaq doğru deyil, hətta videodakı qız onun övladı olsaydı belə!

    Ötən gün həmkarımız Yusif Şamil oğlunun Milli Məclisin deputatı Günay xanım Ağamalı barədə sosial şəbəkədə yer alan qara piyarla bağlı fikirlərini oxudum və düzgün, qərəzsiz, məntiqli ifadələr diqqətimi çəkdiyindən yazını olduğu kimi saytımızda paylaşmaq qərarına gəldim:

    Son günlər sosial şəbəkələrdə yayılan və guya Millət vəkili Günay Ağamalının qızına aid edilən video əsasında aparılan kampaniya, cəmiyyətdə etik dəyərlərin necə ayaqlar altına atıldığını göstərir. Deputat artıq rəsmi şəkildə bildirib:

    “Videodakı mənim qızım deyil.”(Günay Ağamalı Qafqazinfo-ya açıqlaması)

    Buna baxmayaraq, video məqsədli şəkildə tirajlanır, ailə bağlantısı olmadan belə deputata qarşı qara-piar silahına çevrilir.

    Amma, gəlin bir anlıq fərz edək ki, həqiqətən də videodakı qız onun övladı olsaydı belə bu kiməsə ailə mövzusuna girib qaralama kampaniyası aparmaq üçün əsas verərdimi?

    Əsla yox!

    Ailə toxunulmazdır, tənqid fəaliyyətlə olmalıdır.

    Siyasətçini fəaliyyətinə görə tənqid etmək normaldır, hətta vacibdir.Amma ailəni müzakirə etmək, övlad üzərindən siyasi obrazı zədələmək tənqid yox, təhqirdir.

    Bu cür addımlar nə siyasi mədəniyyətə sığır, nə jurnalist etikası ilə uzlaşır, nə də sağlam cəmiyyət anlayışına uyğundur.

    Günay Ağamalı faktı açıqlayıb, məsələyə aydınlıq gətirib. Amma görünür ki, bəzi dairələrin məqsədi həqiqəti bilmək yox, insanları çaşdırmaqdır.

    Bu kampaniyanın mahiyyəti açıqdır:

    Ailə üzərindən siyasi təzyiq yaratmaq, qeyri-etik linç atmosferi formalaşdırıb
    deputatı şəxsi həyat manipulyasiyası ilə susdurmaq.

    Bu tənqid deyil siyasi şantajın müasir formasıdır.

    Azərbaycan cəmiyyətində bir amili qəbul etməliyik. Valideyn övladının yetkin yaşda etdiyi şəxsi addımlara görə linç edilə bilməz.

    Övlad səhv edə bilər, davranışı düzgün olmaya bilər, bu təbii, insani haldır.
    Amma bunun valideynin siyasi fəaliyyətinə qarşı silaha çevrilməsi siyasi səviyyəsizlikdir.
    Cəmiyyət üçün təhlükəlidir!

    Bu gün Günay Ağamalının ailəsinə edilən hücum sabah digər siyasətçilərin, jurnalistlərin, məmurların və hətta adi vətəndaşın ailəsinə qarşı da istifadəyə çevrilə bilər. Bu, sosial mühitin zəhərlənməsidir!

    Bir daha qeyd edirəm onun övladı olsaydı belə, ailəyə hücum etmək doğru deyil və heç kimə belə, haqq vermir.Tənqid olunmalıdırsa, yalnız deputatın fəaliyyəti tənqid olunmalıdır, ailəsi yox.

    P.S. Mənim Millət vəkili Günay Ağamalı ilə nə şəxsi münasibətim var nə də ki, əlaqəm yoxdur. Sadəcə bir xanımın statusuna görə bu cür əzilməsinə qarşıyam.

    Yusif Şamil oğl

    Təqdim etdi: Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ