Sizin reklam burada
Sizin reklam burada
  • BÖHTANIN YOX, HAQQIN YANINDAYIQ!

    Diqqət ədalətsiz böhtanlara qarşı!

    Prezident mükafatçısı, yazıcı-jurnalist həmkarım Sona Abbasəliqızının imzası ilə deputat Günay Ağamalının Feysbuk səhifəsində paylaşılan bu yazı diqqətimizi çəkdiyindən linki "atributinfo.az"da paylaşmaq qərarına gəldik.

    Bəradər Səməndərli - baş redaktor

    ***

    "Son günlərdə sosial mediada Günay Ağamalının qızına aid olduğu iddia edilən VİDEO paylaşımı yayılıb. Lakin bu video yox olan, uydurma və sübutu olmayan bir görüntüdür. Bu cəhdlər heç bir fakt və reallığa əsaslanmır, sadəcə ifşaedici mediya qruplarının gənc bir qızı və bütövlükdə Ağamalı ailəsini qaralamaq, ləkələmək niyyətindən doğub.
    Mənim üçün və açıq-aydın görürəm ki bu heç də təsadüf deyil. Son vaxtlarda o çıxışdan sonra sanki “sifariş”lə hazırlanmış bu böhtan kampaniyası canlanıb.
    Məqsəd ictimaiyyətdə çaşqınlıq yaratmaq, siyasət ilə şəxsi həyatı qarışdırmaq, gənclərə nüfuz itkisi yaşatmaq və nəticədə cəmiyyətdə böhtan yaymaq.
    Bu cür mediya hücumları təkcə bir ailəyə yönəlmir gənclərimizin vicdanına, ictimai hörmətinə və ədalət hissinə qarşıdır.
    Gəlin bir daha düşünək...
    Kimlərə sərf edir ki, gənc, təqsirsiz bir qızın adını ləkələsin?
    Kimlərdir ki, siyasi mübarizəni şəxsi həyata daşımaq istəyir?
    Niyə belə kampaniyalar adətən “uydurma video”, “şər mənbəyi olmayan iddia” və “sifarişli dağınıq media” ilə müşahidə olunur?
    Bu suallara cavab verəndə açıq görünür ki, bu, ədalətsizlikdir.
    İstəyirəm ki, bu yazı ilə gənclərə, siyasi ailələrə, vicdan sahiblərinə müraciət edim belə yalanlara, sifarişli böhtanlara göz yummaq olmaz!
    Kimliyindən asılı olmayaraq şəxsiyyət ləkələmək, kütləni çaşdırmaq, siyasiləşdirilmiş böhtan yaymaq vicdan və ədalət əleyhinədir. Əgər həqiqət varsa sübut gətirilsin. Əgər yoxdursa susmaq, yaymaq, paylaşmaq sadəcə iştirakı böhtançıların əlini gücləndirməkdir.
    Mən bu halları qətiyyətlə rədd edirəm və bütün ədalətsevərləri, doğru–dürüst olan hər kəsi belə böhtan kampaniyalarına qarşı çıxmağa çağırıram.
    Çünki gənclərimiz gələcəyimizdir. Onların özgürlük, hörmət, şərəf hissinə ləkə vurmaq hamımıza ləkədir."

    Hörmətlə: Prezident mükafatçısı,
    yazıçı -jurnalist Sona Abbasəliqızı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ