Cəmilə bacımız - kəlbəcərlilərin indi çoxunun bacısı, xalası, bibisisiniz, çünki bizdən böyüklər azaldı, Kəlbəcərə qayıtmağa ömürləri yetmədi.
Bacımız, bu günə şükür ki, Sənin kimi Kəlbəcərimizin dəyərli qızı var! Kəlbəcərdən didərgin salındığımız 1993-cü ildən siz də qələminizi silaha çevirib, qeyrətlə, namusla döyüşdünüz, yalnız düşmənlə yox, həm də daxildə “sapı özümüzdən olan baltalarla” və sən həmişə QALİB oldun!
Qalib ölkənin Qarabağ şəhidlərini unutmadın! Ailənizdəki “əlsiz-ayaqsız, dilsiz-ağızsız” əlilləri ac qoymadın, özünün taleyini yox, onları düşündün, bunu hər bacı eləməzdi, SƏN elədin! Sən mərhum ananın adını özününkü ilə birgə yaşadırsan, Allah ÇİÇƏK anamıza-ananıza rəhmət eləsin! Yeri behiştdir, çünki Kəlbəcər torpağında uyuyur!
Cəmilə xanım, sən sıradan bir kəlbəcərli qızı olsan da, cəmiyyətdə, ictimaiyyətdə öz mövqeyi olan alim bacımız, şair balamız, müəllim kimi böyüyümüzsən. Sənin anadangəlmə fitri istedadınla zəhmətin səni bir neçə boy da ucaldıb! Sən QHT rəhbəri, qələmli jurnalsit kimi də cəmiyyətdə özünə layiq mövqe sahibisən!
Sənin builki ad günün daha müqəddəs və tarixi bir məqama düşdü - kəlbəcərlilərimiz Kəlbəcərinə qayıtdı.
O gün olsun ki, səsiniz Kəlbəcərdəki məktəbdən gəlsin!
Yeni yaşınız mübarək!
100 yaşınızda siz də təbriklərinizə cavab yazasınız, amin!
Hörmət və sayğılarla:
Məhəmməd Nərimanoğlu,
Bakı, 08 sentyabr 2025-ci il!
