
Bunu Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Milli Məclisin deputatı Musa Urud özünün feysbuk səhifəsində paylasşıb. Deputat əlavə edib ki, Azərbaycan- Quzey Kıprıs Dostluq Cımiyyətinin təşkil etdiyi bu tədbirin əsas məqsədi türk dünyasının sənət, elm və siyasət adamlarını bir araya gətirməklə Şimali Kiprə mənəvi və siyasi dəstək səylərimizi artırmaq, "Novruz" bayramını bütün türk xalqlarının milli bayramına çevirmək ideyasının dəstəklənməsidir:
"İlk tədbirimiz bu gün Quzey Kıprıs Xarici İşlər Nazirliyində baş tutdu. Nazir Tabsin Ertuğruloğlu ilə görüşümüz çox səmimi və bayram əhvalında keçdi. Görüşün sonunda Azərbaycandan, Türkiyədən, Qazaxstandan, Özbəkstandan və Qırğızstandan olan mədəniyyət xadimləri yığcam konsert proqramı ilə çıxış etdilər. Sabah isə Şimali Kiprin Prezidenti və Parlamentnsədri ilə görüşümüz olacaqdır.
Bayramınız mübarək olsun!"- Musa Urud paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"


