Sizin reklam burada
Sizin reklam burada
  • Təbrik edirik

    Hörmətli ziyalımız, gözəl pedaqoq və alim İbrahim müəllim, siz öz qeydlərinizdə xatırladığınız kimi, 34 yaşınızda ikən M. Qorbaçovun əmri ilə 1990-cı yanvarın 19-dan 20-nə keçən gecə Rus imperiyasının erməniləşmiş qoşunları tərəfindən Bakıda əliyalın, günahsız insanlara qarşı misli görünməmiş qətliam törədildi. Taleyin qismətindən doğum tarixiniz məhz həmin təqvimlə üst-üstə düşür deyə, o vaxtdan bu yana doğum gününüzü qeyd etməmisiz. Bu, sizin milli-mənəvi təəssübkeşliyinizin, təmiz vicdanınızın bariz nümunəsidir...
    Artıq o acı tarixdən bizləri bir insan ömrünə bərabər illər ayırsa da, təsəllimiz 44 günlük Vətən Müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm qələbəmizdir. Sizə isə demək istərdim ki, şəhidlərimizin qanı yerdə qalmadı, düşmən basıldı. Başımız dik, alnımız açıqdır artıq. Doğum gününüzü keçirməyin isə tam zamanıdır.
    Sizi saytımızın yaradıcı kollektivi adından ürəkdən təbrik edir, yeni yaşınızın düşərli, uğurlu və sağlıqlı olması diləyi ilə İnşəAllah sağ canla və elə bu təravətdə 100 illik yubileyinizi qeyd etmənizi arzulayıram!

    Hörmətlə Bəradər Səməndərli
    "Atributinfo.az"
    Baş redakror

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ