
Bunu "atributinfo.az"a eksklüziv açıqlamasında AMEA Bitki Mühafizə və Texniki Bitkilər ET institutunun direktoru, professor İbrahim Cəfərov deyib. O,əlavə edib ki, qlobal iqlim dəyişkənliyi şəraitində kənd təsərrüfatının idarə edilməsində müəyyən çətinliklərlə üzləşirik, meteoroloji şəraitin qəflətən dəyişməsi, sellər, donvurmalar, çox vaxt su çatışmazlığı, kataklizmlər xüsusilə açıq qrunt şəraitində becərilən bitkilər üçün müəyyən fəsadlar yaradır:
"Bütün bu problemlərin öhdəsindən gəlmək üçün ölkəmizdə fəaliyyət göstərən aqrar yönümlü elmi tədqiqat institutlarının əməkdaşlıqlarına, birgə fəaliyyət imkanlarına, mövcud laboratoriyalardan ümümi istifadəyə, elmi tədqiqat mövzularının koordinasiyasına, beynəlxalq əlaqələrin genişlənməsinə, müştərək kitabların və məqalələrin yazılmasına zərurət yaranır. Bu nöqteyi nəzərdən dünən bir sıra elmi tədqiqat institutları ilə bağladığımız əməkdaşlıq memorandumları zərurət olmaqla daha səmərəli fəaliyyətə zəmin yaradacaqdır. Xeyirli olsun."- İbrahim Cəfərov deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"







