Sizin reklam burada
Sizin reklam burada
  • Vitse-spiker Adil Əliyev şəhid ailələri və qazilər üçün iftar məclisi təşkil edib

    Aprelin 5-də Bakının Nərimanov rayonunda şəhid ailələri və qazilər üçün iftar məclisi təşkil olunub.
    Bakıdan, ayrı-ayrı şəhər və rayonlarımızdan təşrif buyurmuş şəhid ailələrinin, qazilərin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbiri giriş sözü ilə açan Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid ailələrini, qaziləri və bütün tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, bu bayramı ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərqərar olunmuş ölkə kimi qürurla qeyd etdiyimizi bildirib. O, diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti sayəsində ölkəmiz böyük Zəfər qazanaraq, tarixi ədaləti bərpa edib. Fədakar Vətən övladlarının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
    Adil Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğısı, həssas münasibəti bizim hər birimiz üçün örnəkdir.
    Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev iftar süfrəsini könül süfrəsi adlandırıb və ürək sözlərini bölüşüb.
    Tədbirdə şəhid ailələrinin, qazilərin ürək sözləri dinləndikdən sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar edilib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ