
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.





Bu fəaliyyətin bariz nümunəsi kimi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların işgüzar əməyini göstərə bilərik. Rusiya Federasiyasının Stavropol vilayətinin inzibati mərkəzi, kurort şəhəri Pyatiqorskda Araz milli-mədəni mərkəzinin rəhbəri Təhmasib Zeynalovun təşkilatçılığı keçirilən Novruz şənliyinə xüsusi qonaqlar da dəvət olunmuşdur.
Tədbirdə Qaraçay-Çərkəz Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Haqverdi Məmmədov, Dağısatan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Raqif Əzimov, Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əzizov Əliəsgər, İnquşetiya Respublikası Şuşa Milli-Mədəni Mərkəzinin rəhbəri Rəhmətulla Babayev, Mineralnıye vodı səhərinin Milli-Mədəni Muxtariyyətinin rəhbəri Eldar Babayev və b. iştirak edirdilər.
Pyatirorsk "Araz" Milli mədəni müxtariytatınin nəzdində olan “Xarı bülbül” ansanbılının iştirakı tədbirə xüsisi rəng verirdi.
Azərbaycandan 100 km-lərlə uzaqlıqda yaşyan azərbaycanlı uşaqlarının milli geyimdə görmək insana qürurla yanaşı kövrəklik də verir.
Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizovun oğlanları Əhməd Əzizov və Hüseyn Əzizovun çıxışları iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.
Hazırladı: Təhmasib