Göygöl rayonunda yeni ilin ilk iş günündə Şəhidlər xiyabanı ziyarət edilib
Sosial
8-01-2024, 14:06
570
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024-cü ilin ilk iş günündə Ulu Öndər Heydər Əliyevin abidəsi və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilərək üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib. "Atributinfo.az" xəbər verir ki, ziyarətdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.