Sizin reklam burada
Sizin reklam burada
  • Yeni iliniz mübarək!

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı

    Dəyərli həmvətənlərim, əziz xalqımız, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.
    Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə günü-gündən güclənən, çiçəklənən Cənubi Qafqazın mərkəzi dövlətinə çevrilmişdir. 44 günlük "Vətən müharibəsi" və bu ilin 19-20 sentyabr  tarixlərində zəfər salnamələrinə yazılacaq qələbələr qazanan ölkəmiz ərazi bütövlüyünü tam təmin edərək öz doğma torpaqlarına qovuşdu. Fəxr və sevinc hissi ilə yaşadığımız bu ili geridə qoyaraq 2024-cü ilə yeni çağırışlar və yeni məqsədlərlə daxil oluruq. Əminəm ki, xalqımızın Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin "Dəmir Yumruğ"u ətrafında sıx birliyi ilə ölkəmizin əldə edə bilməyəcəyi nailiyyət yoxdur. Nəinki ölkəmizdə yaşayan, həmçinin xarici ölkə vətəndaşı olan soydaşlarımız da prezident-xalq vəhdətinin gücünü bütün dünyaya nümayiş etdirir. Bütün dünya azərbaycanlılarının həmrəyliyi, birliyi həqiqətən də qürurverici bir hissdir.
    Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə bir daha bütün Azərbaycan xalqını təbrik edir, xoşbəxtlik, səadət və can sağlığı, daim qalib olan xalqımıza daha böyük nailiyyətlər arzulayıram.
    Bayramınız mübarək!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ