Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunun Quşqara kəndində partiya fəalları ilə görüş keçirildi

    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vuqar Isayev Göygöl rayonunun Quşqara kəndində partiya fəalları ilə görüş keçirmişdir.
    "Atributinfo.az" xəbər verir ki, görüş zamanı Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra Vüqar İsayev çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırmış, bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu vurğulamış, YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır.
    Vüqar İsayev Azərbaycanın Müstəqilliyinin qorunub saxlanılmasına və ölkənin inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən danışmış, Azad Qarabağda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən söhbət açmışdır.
    Görüşdə çıxış edən Ərazi Partiya təşkilatının fəallarından Qubar Əliyev, Mobil Süleymanov, Rəşad Məmmədov və digərləri Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və səmərəli fəaliyyətindən bəhs edərək, Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da inkişaf etməsinə, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması üçün xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə daim xidmət edəcəklərini vurğulamışlar. Bütün çıxış və nitqlərdə insanlara göstərilən yüksək dövlət qayğısı xüsusi vurğulanaraq, Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur.
    Sonda Vüqar İsayev tərəfindən görüş iştirakçılarının fikir və təklifləri dinlənilmiş, qaldırılan məsələlər qeydə alınaraq həlli yolları ilə bağlı müzakirələr aparılmışdır.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ