Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan-Türkiyə birgə təliminin silah və texnika sərgisi keçirildi - VİDEO

    Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.
    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
    Məlumata görə, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.
    "Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.
    Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ