Sizin reklam burada
Sizin reklam burada
  • Sabahın HAVA PROQNOZU

    Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq.
    Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.
    Azərbaycanın rayonlarında
    Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
    Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ