"Atributinfo.az" xəbər verur ki, öncə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Vüqar İsayev görüşdə çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırmış, bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu vurğulayaraq, YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır.
Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən danışılmış, Azad Qarabağda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən söhbət açılmışdır.
Vüqar İsayev partiya üzvlərinə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin, çıxış və nitqlərindən irəli gələn vəzifələrin, verdiyi Fərman və Sərəncamların əhali arasında geniş təbliği və izahı istiqamətində görüləcək işlər barədə konkret tapşırıq və tövsiyələrini vermişdir.
Görüşdə çıxış edən Ərazi Partiya təşkilatının fəallarından, İlham Əhmədov, Təranə Xasıyeva, Niyaməddin Abbasov və digərləri Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirib, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da inkişaf etməsinə, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması üçün xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğuladılar. Bütün çıxış və nitqlərdə insanlara göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanaraq, Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olundu.
Sonda Vüqar İsayev görüş iştirakçılarının fikir və təkliflərini dinlədi. Sakinlər tərəfindən qaldırılan məsələlər qeydə alındı və həlli yolları ilə bağlı müzakirələr aparıldı.
Zahir Məmmədov
"Atributinfo.az"
