Sizin reklam burada
Sizin reklam burada
  • Xocalıda şəhid olmuş polis əməkdaşlarının xatirəsi anılıb

    Xocalıda şəhid olmuş polis əməkdaşlarının xatirəsi anılıb Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.
    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 25 il əvvəl Xocalıda üzləşib.
    Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış xocalıların, eləcə də ərazi bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. O. Zalov Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu bildirib. O, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq dövlətimizin öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə prezident İlham Əliyevin qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb.
    Nazir müavini respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ