
Qənirə xanım, həqiqətən də, işgüzar həmkar idi. Öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlirdi. Ona etimad göstərmiş seçicilərin üzləşdikləri problemlərin həllinə, hüquqlarının qorunmasına şərəflə yanaşırdı. Çox vətənpərvər xanım idi, dövlətimizə sədaqətlə xidmət edirdi. Onun vəfatı xalqımız üçün böyük itkidir. Əminəm ki, Qənirə xanımın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin”.