Sizin reklam burada
Sizin reklam burada
  • YOLU KIM DÜZƏLTMƏLİDİR?

    Son zamanlar erməni separatçıları təslim olmamaq üçün yüz cür bəhanələr gətirir. Lakin artıq onların bütün bəhanələri tükənmişdir. Qəhrəman əsgərlərimiz nəhayət ki, onları təslim etməyə və ağ bayraq qaldırmağa məcbur etdilər. Bu qalibiyyət əsgərlərimizin, igidlərimizin, oğullarımızın qanı bahasına başa gəlir. Düzdür, şəhidlərimizi böyük ehtiramla qarşılayır, onların qarşısında baş əyir və söz veririk ki, siz heç vaxt unudulmayacaqsınız. Amma bir müddət keçdikdən sonra görürsən ki, onlara biganə yanaşırıq, şəhidlərimizə qayğını unuduruq.
    Abşeron rayonunun Xırdalan şəhərində bir küçə var. Səhv etmirəmsə, həmin küçə Ş.Qurbanov adlanır. Haradasa həmin küçə 3 nəmrəli məktəbin yaxınlığındadır. Həmin küçədə şəhid Vüsal Musayevin portreti asılmışdır. Qış aylarında həmin küçə elə bir vəziyyətə düşür ki, avtomaşınlar palçıqdan, sudan oranı gücnən keçib gedirlər. Hər dəfə həmin avtomaşınların təkərindən çıxan çirkab suları Şəhidin portretinin ətrafına səpələnir. İndi bilmirəm həmin yolu kim təmir etməlidir? Yəqin ki, birinci növbədə İcra Hakimiyyəti və onun Abşeron rayonu üzrə icra nümayəndəsi və yaxud rayon üzrə heç bir sosial problemləri həll etməyən Abşeron Rayon Bələdiyyəsi etməlidir. Onu da qeyd edim ki, həmin küçənin qonşuluğunda sentyabrın 20-də yeni bir şəhid gətirildi.
    Allah cəmi şəhidlərimizə rəhmət etsin, yerləri behişt olsun!
    Məmurlarımıza da bolluca insaf versin, o bəzəkli, yüksək səviyyədə təmir olunmuş kabinetlərindən eşiyə çıxsınlar, işlədikləri rayonda nə baş verdiyini yaxından təqib etsinlər.

    Qiyam ƏRŞADOĞLU.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ