"Atributinfo.az" xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları da daxil olmaqla, ümumilikdə 45 nəfər iştirak etmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bagirov 1994-cü ilin 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edərək, bu müqavilənin Azərbaycanın yüksəlişinə, iqtisadi inkişafına böyük yol açdığını bildirdi. Daha sonra o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının əsasını təşkil edən bu müqavilənin müstəqil Azərbaycanın inkişafının, eyni zamanda ölkə həyatının bütün sahələrində tərəqqi və dirçəliş yaratdığını qeyd etdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev , rayon Ziyalılar cəmiyyətinin sədri Lətif Şimşekov , Fətəlikənd kənd tam orta məktəbin tarix müəllimi Bəhruz Quliyev və Saatlı Gənclər Mərkəzinin əməkdaşı Xanımbikə İsmayılova “Əsrin müqaviləsi”nin Azərbaycanın sosial-iqtisadi həyatında yaratdığı geniş imkanlardan, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan bəhs etdilər.
Bəradər
"Atributinfo.az"
