"Atributinfo.az" xəbər verir ki, təkrar əkinlər üçün əksər hallarda xiyar, lobya, kartof və qarğıdalı bitkisinə üstünlük verilir.Qarğıdalı bitkisinin qısa vegetasiya müddətinə malik olması və hektardan yüksək dən və yaşıl kütlə verməsi, onun təkrar əkində istifadəsini ön sıraya çıxarır. Bundan əlavə
təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda xeyli bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həm də iqtisadi baxımdan səmərəlidir. Həmçinin rayonda mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə olunması vacib olduğu deyilir..Hal hazırda Göygöl rayonunda taxıl biçinindən sonra 150 hektar torpaq sahəsində təkrar əkin aparılmışdır ki, bunun da 75 hektarı qarğıdalı, 60 hektarı günəbaxan, 15 hektarı isə darı təşkil edir. Onu da qeyd lazımdır ki, təkrar əkin fermerlərə hər hektara görə 100 manat subsidiya veriləcək. Bu da fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanı yaradır.
Zahir
"Atributinfo.az"
