Sizin reklam burada
Sizin reklam burada
  • 81-ə nərdivan dayamış Saatlım…

    2023-cü ilin mayına “əl yelləmək” üçün bir-neçə saatımız var. Əlbəttə ki, may Azərbaycan və azərbaycanlılar üçün çox əlamətdar bir aydır. Tarixi və məşhur günlər, özəl hadisələr, eyni zamanda ruh oxşayan fəsil gözəlliyi insanda dilə tökülməyən, kəlmə tanımayan hisslər yaşadaraq, bu ayı bizə çox sevdirib...
    Bu ayın saatlılılar üçün isə əlavə bir özəlliyi var. Belə ki, Saatlının “doğum tarixi” məhz bu aya təsadüf edib – 1943-cü ilin may ayının 25-nə. Bir qədər gec olsa da, may ayını “çıxhaçıxda yaxalayıb”, bu tarixi olayı, qısa da olsa qeyd etməyi özümə borc bildim. 80 il bundan əvvəl, İkinci Dünya müharibəsinin qızğın çağında “dünyaya ğöz açmış” Saatlı, bu gün ömrünün “ahıl çağını” yaşayır. Ahıllar, yaşlılar küsəyən olur, deyirlər. Odur ki “ömrünün 80-ci yubileyində” ONU xatırlamaq, “başına sığal çəkib könlünü almaq” istədim. Bir “hədiyyə” də bağışladım. Hiss etdim ki, bəyənmədi. Ağzını büzüşdürdü: “Camaat nə hayda, sən nə hayda”, – deyib, onu bir kənara atdı. ONUN bəyənməyib kənara atdığı “hədiyyə” Saatlını hər zaman ayaqda saxlamış kəndlərimizlə, daha doğrusu, bəzi yaşayış məntəqələrimizin adının düzgün yazılışı ilə bağlı olan siyahı idi.
    Qeyd edim ki, həqiqətən də bir neçə kəndimiz var ki, onların düzgün yazılışı ilə bağlı bəzən mübahisə yaranırdı. Sonuncu orfoqrafiya kitabında bunlar öz həllini tapıb. Saatlının yubileyində onları qeyd etmək, məncə, yerinə düşər:

    Varxankənd kəndi yox, Varxan kəndi
    Seyidoba kəndi yox, Seyidlər kəndi
    Nərimanov kəndi yox, Nərimankənd kəndi
    Qırağlı kəndi yox, Qıraqlı kəndi
    Şirinbəy kəndi yox, Şirinbəyli kəndi
    Mircəlalkənd kəndi yox, Mircəlal kəndi
    Smadakənd kəndi yox, Sımada kəndi
    Çolpu kəndi yox, Çolpı kəndi
    Dəlilər kəndi yox, Dəllər kəndi
    Mollavaizli kəndi yox, Mollavazlı kəndi

    ... 80 yaşın mübarək, əziz SAATLIM!

    Mahir Allahyarlı
    "Dönüş" qəzetinin baş redaktoru

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ