Sizin reklam burada
Sizin reklam burada

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 100-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 153 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 32 m3/s təşkil edərək ongünlük normanın 33 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə isə oktyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 10, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2015-ci il oktyabrın 10-da 445 sm), Salyanda 255 sm (2015-ci il oktyabrın 10-da 262 sm), Bankədə 213 sm (2015-ci il oktyabrın 10-da 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2015-ci il oktyabrın 10-da 160 sm) təşkil edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ