Sizin reklam burada
Sizin reklam burada
  • İlhamla irəli

    Cənab Prezident, Azərbaycan dövləti Sizin rəhbərliyiniz altında iqtisadi və siyasi cəhətdən daha da inkişaf edərək dünya birliyi arasında öz yerini getdikcə möhkəmləndirir. Sizin, eləcə də Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan ildən-ilə daha da qüdrətlənir, insanların maddi rifah halı yüksəlir. Xalqımız beynəlxalq, iqtisadi, ordu quruculuğu, təhsil, səhiyyə və digər sahələrdə Sizin gərgin əməyinizi görür və yüksək qiymətləndirir, öz Prezidentini inam və etimadı daha da artır. Xalq da sizinlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs sizə xüsusi rəğbət bəsləyir. Siz ən yüksək sayğıya layiqsiniz.
    ...Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var.

    İlkin Məmmədov
    Göygöl rayon sakini
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ