Sizin reklam burada
Sizin reklam burada
  • LƏYAQƏT NÜMUNƏSİ

    Prezident İlham Əliyevin sərəncamı ilə Elmir Bağırovun Saatlıya icra başçısı təyin olnmasından 2 ildən bir artıq müddət ötməsinə baxmayaraq, bu insan son dərəcə yüksək mədəniyyəti, ləyaqəti, dürüstlüyü, insanlığı ilə rayon ictimaiyyətinin diqqətini cəlb etməklə yetərincə nüfuz qazanıb. Gəlin etiraf edək ki, problemsiz həyat yoxdu. Saatlının xüsusilə su sarıdan problemləri heç də Elmir Bağırovun gəlişilə deyil, daha əvvəllərdən baş qaldırsa da, bu insan hər vəchlə sosial narazılıqların müsbət müstəvidə həllini tamasından ötrü kifayət qədər çalışır, necə deyərlər, gecəsini gündüzunə qatır, bir sözlə, fəaliyyətini əsasən bu istiqamətə yönəltməkdədir. Haqlı-haqsız narazılıqların kökündə aidiyyatı qurumlar dayanmalı və bu kimi məsələlərlə bağlı başçının nümunəvi fəaliyyətinə kölgə salınmamalıdır.
    Təki bütün rəhbərlər Saatlının başçısı Elmir Bağırov kimi, Göygölün başçısı Elvin Paşayev kimi yüksək mədəniyyətə, yüksək mənəvi keyfiyyətlərə və saf qəlbə malik olaydılar. Bu qədər!

    Bəradər Səməndərli
    "Atributinfo.az"-ın baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ