"Atributinfo.az" saytı xəbər verir ki, Saatlı Rayon İcra Hakimyyəti də yardım kampaniyasına qoşulub.
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və xəsarət alması hər bir vətəndaşımız kimi, Saatlı rayon sakinlərini də dərindən sarsıdıb və onlar da qardaş Türkiyənin dərdinə şərikdirlər.
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Bakı İdman Sarayındakı yardım toplama məntəqəsinə Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən həm uşaqlar, həm də böyüklər üçün isti geyimlər və təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanların hazırda ehtiyac duyduğu digər əşyalar, gigiyenik vasitələr, qida məhsulları, xüsusilə quru qidalar təhvil verilib. “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan sevincli günlərində olduğu kimi, kədərli günlərdə də daim birlikdədir və çətin vaxtlarda bir-birini dəstəkləyir.
Eyni zamanda Saatlı sakinləri də Türkiyədə baş verən zəlzələdən ziyan çəkən qardaş və bacılarımıza kömək məqsədilə yardım kampaniyasına qoşulublar. Təşkil olunmuş bir neçə yardım toplama məntəqəsində rayon sakinləri qardaş ölkə üçün yardımlarını təqdim edirlər. Yardım aksiyasında ictimaiyyətin nümayəndələri, Saatlıda yaşayan Ahıska türkləri , Saatlı Gənclər İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə gənc könüllü fəallar o cümlədən öz təşəbbüsü ilə gənc fəallardan olan "Saatlı" səhifəsinin admini Akbar Mammadli , Mollavaizli Bələdiyyəsi,Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Saatlı Bölməsi və digər əmək kollektivləri aktiv şəkildə iştirak edir. Hazırda yardım toplama aksiyası davam edir.
Saatlı rayon sakinləri qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.
Bəradər
"Atributinfo.az"
