Sizin reklam burada
Sizin reklam burada
  • Göygöldə "Şəhərdən Kəndə" maarifləndirmə layihəsi keçirilib

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən həyata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Paşa Holding" və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə "Ailə təsərrüfatlarında aqroturizm fəaliyyətlərinin praktik təşkili" mövzusunda Göygöl rayonunda müraciət etmiş 20 nəfər fermerin iştirakı ilə maarifləndirmə təlimləri keçirilib. Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı və əlavə gəlir mənbəyi, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanı yaratmaq məqsədi ilə həyata keçirilir.
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən və 2 gün davam edən maarifləndirmə təlimlərdə yerli fermerlər aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə tanış olublar, onlar təsərrüfatlarında qonaq olan turistlərin qarşılanması, qidalanmanın təşkili, məhsulların qablaşdırılmasının və sərgilənməsinin təşkili, təsərrüfatlarındakı məhsulların satışından gəlir əldə etmənin yolları, bütövlükdə aqroturizm xidmətlərinin göstərilməsi mövzularında məlumatlandırılıblar.
    Təlimlərdən sonra mütəxəssislər layihəyə qoşulmuş fermer təsərrüfatlarına səfər edib, yaradılan şəraitlə yerində tanış olublar.

    Bəradər Seyfullaoğlu,
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ