Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı rayonun Qaracalar kəndində yeni məktəb binası tikilir - üçmərtəbəli, 360 şagird yerlik

    Heydər Əliyev Fondu tərəfindən rayonun Qaracalar kəndində 360 şagird yerlik yeni məktəb binası tikilir. Müasir, üçmərtəbəli yeni binanın tikintisinə ötən aydan, yəni yanvarın ortalarından başlanılıb. Hazırda məktəb binasının bünövrəsinin inşası həyata keçirilir. Tikinti işlərini reallaşdıran "Conrad" şirkətinin məsul işçisi Səxavət İsrafilovun verdiyi məlumata görə, binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq: "Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində idman meydançası, qazanxana və su anbarları da tikiləcək".
    İş icraçısı məktəb binasının növbəti tədris ilinədək istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirdi.
    Qeyd edək ki, Qaracalar kənd tam orta məktəb uyğunlaşdırılmış binada yerləşir.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ