Sizin reklam burada
Sizin reklam burada
  • İcra başçısı millət vəkili ilə birlikdə səyyar görüş keçirdi

    Ötən gün Şirvan şəhərində İH başçısı İlqar Abbasovla, Milli Mclisin deputatı İltizam Yusifovla birlikdə sakinlərlə növbəti səyyar görüş keçirdi. Publik hüquqi şəxs kimi fəaliyyət göstərən Şirvan şəhər Mərkəzi Xəstəxanasında vətəndaşlarla keçirilən görüş mahiyyətcə xüsusi əhəməyyət kəsb edirdi.
    "Həmişə səliqə-səhmanı, xidməti və proffessional tibbi personalı ilə seçilən bu xəstəxana 44 günlük Vətən müharibəsi dövründə birbaşa şanlı ordumuza, fədakar əskərlərimizə xidmət elədi. Buna görə də həkimlərə, tibb işçilərinə xoş arzularımı çatdırmaq, öz təşəkkürlərimi bildirmək üçün bu görüşə gəlməyimi mütləq hesab etdim.
    İnsanlarımızı dinlədik, səsləndirilən məsələlər icrasi üçün qeydiyyata götürüldü."
    Bu fikirləri millət vəkili İltizam Yusifov "Atributinfo.az"-a kecirilən görüşün səmərəliliyindən danışarkən bildirib.
    O, "Ümumən görüş çox gözəl təəssüratla yadda qaldı. 4 şəhid anası görüşdə iştirak edirdi. Onları öz şəxsimdə salamladım və Şəhidlərimizə Allahdan rəhmət dilədik.
    Allah şəhidlərimizə rəhmət eləsin!
    Hacı Mailın təbiri ilə desək:
    Ölsəm Vətən uğrunda buna fəxr edərəm mən,
    Könlüm nə zaman istəsə qurbani-vətəndir!"-deyə əlavə edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"
    9

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ