
Bütün şəhidlər kimi Allah şəhid mayor Anar Məmmədovun şəhadətini qəbul etsin.Şəhidlər hec vaxt unudulmayacaq. Şəhidimi ehtiramla yad edən Sabirabad rayon rəhbərliyinə təşəkkür edirəm. Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rustemov, Qarabağ veteranlar şurasının sədri Faiq Hüseynov, Şəhid ailələri ilə iş şöbəsinin müdiri Müslüm Rzayev, bütün rayon rəsmiləri, tədbirdə ürəkdən iştirak edən rayon əhli və orta məktəb şagirdləri.











2 il öncə bizim ailə ikinci dəfə şəhid dərdi yaşadı.30 il qaysaqlanmayan yaramız təzədən qanadı. Bu gün bizimlə bərabər olan şəhid aana- ataların əllərindən öpürəm.
Xanım Sultanova
Bakı Slavyan Universitetinin prorektoru, dosent