Sizin reklam burada
Sizin reklam burada

Şuşa qısa zamanda regionun ən önəmli məkanlarından olacaq

"Cənab Prezidentin Qarabağa səfəri, işğaldan azad olunan ərazilərimizdə səsləndirdiyi fikirlər bu bölgənin infrastrukturunun inkişafı, öz doğma yurd yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların ata-baba yurdlarına qayıdışını tezləşdirir. Zəfər Günü ilə bağlı Şuşa şəhərində çıxış edən dövlət başçısı bir sıra məqamlara toxunub. Çıxışında işğaldan azad olunan ərazilərdə görülən işlər, iqtisadi, enerji, təhsil, təlim–tərbiyə, gənc nəslin yetişdirilməsi, milli, mədəni, ordu quruculuğu, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barəsində danışan dövlət başçısı həmçinin Azərbaycan Ordusu tərəfindən iki il bundan əvvəl qəhrəmanlıqla həyata keçirilən, müharibənin taleyini həll edən Şuşa əməliyyatından fəxrlə, qürurla danışdı".
Bunu YAP Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə, 270 yaşlı mədəniyyət paytaxtımızın inkişaf tarixinə nəzər salanda görürük ki, Şuşanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndərin səyi və gərgin əməyi nəticəsində 1970-ci illərdə bir neçə xüsusi qərar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksi, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq, ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1980-1981-ci illərdə Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məzarı üstündə məqbərə tikilmişdi. Məhz 1982-ci il yanvarın 14-də Ulu Öndər Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Çünki Ümummilli Lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı".
M.Səfərli qeyd edib ki, Ümummilli lider Şuşa barəsində danışanda azərbaycanlıların öz doğma yurduna qayıdacağının əminliyini vurğulayırdı: "Məhz Ümummilli liderin bu arzusunu Cənab Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Şuşanı azad etməsi müasir hərb tarixində önəmli yer tutur. Alınmaz qala sayılan Şuşaya daxil olan Ordumuz Şuşa ilə yanaşı bizə milli qürurumuzu qaytardı. Artıq aradan keçən müddət ərzində Şuşada mühüm işlər görülüb. Həyata keçirilən infrastruktur layihələri Şuşanın simasını dəyişib. Bu işdə Heydər Əliyev Fondunun da mühüm rolu vardır. Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil olunan beynəlxalq tədbirlər də onu deməyə əsas verir ki, qısa zamanda Şuşa regionun ən önəmli məkanlarından olacaq".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ