Sizin reklam burada
Sizin reklam burada

KƏHƏRİN ÜSTÜNDƏ HƏCƏR KİMİ XANIM

Mən bu xanımı illərdi tanıyıram. Tədbirlərdə tez-tez görüşmüşük. Öz davranışı, ədəb-ərkanı və yüksək mədəniyyəti ilə hər zaman diqqətimi çəkirdi.
Söhbət Türk Dünyası Ədəbi məclisinin rəhbəri, AYB-nin və AJB-nin üzüv, eyni zamanda Türkiyə Yazarlar Birliyinin, İrak-Türkmən Yazarlar Birliyinin üzvü, 5 kitab müəllifi, qardaş Türkiyənin Sivas üzrə Azərbaycan təmsilçisi, Qızıl Qələm mükafatçısı Aygün xanım Hüseynlidən gedir.
Onunla sonuncu görüşümüz Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Duygularım bir dünyadır" adlı kitabının təqdimatında oldu. Öncə onu qeyd edim ki, tədbir ərəfəsində Aygün xanım həm də Yazıçılar Birliyinə üzv qəbul olmuşdu və bu münasibətlə hamı onu təbrik edirdi.
Tədbir çox maraqlı keçdi. Tədbirin maraq keçməsində mənim çox hörmət etdiyim dəyərli və istedadlı yazarımız, şair-publisist, "Yurd" jurnalının baş redaktoru Balayar Sadiqin böyük zəhməti oldu. Balayar müəllim tədbiri peşəkarcasına idarə etdi və orda iştirak edən hər bir qonaga çıxış üçün söz verdi. Tədbir o qədər maraqlı keçdi ki, tədbir qurtarsa da, heç kim getmək istəmirdi. Allahdan Balayar müəllimə cansaglıgı diləyirəm.
Tədbirdən sonra qərara aldım ki, mən mütrləq Aygün haqqında yazmalıyam. Əslində çoxdan yazmaq istəyirdim. Çünki şeirlərindəki axıcılıq, ən əsası isə insan qəlbinin duyğuları hər zaman diqqətimi çəkirdi, üstəlik bir xanım olaraq ədəb-ərkanı ilə seçilirdi.
O istedadı ki, Tanrı ona verib, qəlbinə işıq, iman, nur bəxş edib, Aygün bu işığı ürəyinin ağrı-acılarına büküb onu oxucuları ilə bölüşməli idi. Bölüşdü də.Yazdığı neçə-neçə səmimi şeirləri ilə gözümüzə-könlümüzə bir az da yaxınlaşdı, doğmalaşdı. "Təzədən doguldum" şeirini oxuyarkən hələ uşaqlıqdan onun qəlbində Allah sevgisi oldugunu görürük.

Uşaqkən Quranı tutdum əlimdə,
Anladım həyatın mənasını mən.
Rəbbimin adını tutdum dilimdə,
Duydum saflıq, paklıq dünyasını mən.

Duygularım məni çəkib apardı,
Bakıdan Məşhədə, Məşhəddən Quma.
qurbanı oldugum məsum ruhların,
Yanında yetişdim arzuya, kama.

İnsan nə zaman yolunu azır? Allahını, Tanrısını, imanını unudanda.
Düz yaşamaq, imanlı olmaq insanın əsas xarakteri olmalıdır. Aygünün əksər şeirlərində bu amillər əsas götürülür.
Həyat ancaq yaxşılardan ibarət olsaydı, bəlkə yaşamağın da bir anlamı qalmazdı. Atalarımız gözəl deyib: “pisi görməsən, yaxşının qədrini bilməzsən.” Və heç şübhəsiz ki, bütün bu amillər bir şair kimi onu daim narahat edir.
Aygün bütün canıyla, qanıyla dogma torpaga, Vətənə baglıdır.

Çıxıb ana qucagından,
Düşdüm sənin qucagına.
O gündən də vurgun oldum,
Azərbaycan Torpagına!

Aygün eyni zamanda kəhər üstə qəhrəman Həcərdir. Dogru deyiblər ki, aslanın erkəyi-dişisi olmaz.
Günüm aya dönür, ayım gün olur,
Bəzən namümkün də lap mümkün olur.
Bu dünya nur dolu bir Aygün olur,
Kəhərin üstündə Həcər kimiyəm.

O həm də vətənpərvər şairədir. 44 günlük Zəfər savaşında şəhid olmuş igid ogullarımıza şeirlər yazmış, onları agrılı-acılı qələmiylə təsvir etmişdir:

Bu Vətən ugrunda verdin canını,
Səpdi torpaqlara qızıl qanını.
Göylərə qaldırdı öz ünvanını,
Ölümü öldürdü uca şəhidlər.

Aygün xanım bu gün də Qazilərimizin, Şəhid ailələrinin yanındadır. Onların bəzi problemlərini həll etməyə çalışır və bunu özü üçün bir şərəf borcu bilir.
Ataya-anaya dəyər verir, onları başının tacı bilir. Qurani -Kərimdə də ata-ana, valideyn müqəddəs tutulur. Aygün ata-anasına bir çox şeirlər həsr edib. "Öz əməlin ilə balan Aygünə, Öyrətdin düz əhdi, ilqarı, ata!"-deyən Aygün gözümüzdə bir övlad kimi həm özü ucalır, həm də baş tacı olan atasını ucaldır:

Hikmət nuru yagıb daim üzündən,
Ruhum hənir alıb ocaq közündən.
Nəsihət almışam müdrik sözündən,
Qəlbimin əbədi vüqarı, ata!
("Ata" şeiri)

Övlada baglıdır ömrü, həyatı,
Min ilə əvəzdir bircə saatı.
Kəsilməz dilindən layla,, bayatı,
Qaygılı, duygulu ürəkdi anam.
("Anam"şeiri)

Ana haqqı heç vaxt ödənməz. Ata-anasına dəyər verənin Tanrrı yanında mükafatı var. İmanlı insanın üzündə bir nur, işıq olur. Necə ki, biz bu nuru Aygün xanımın simasında görürük.
Bu nur üzündən heç zaman əskik olmasın, əziz Aygün!
SÜDABƏ SƏRVİ yazıçı-jurnalist, Prezident mükafatçısı.

Südabə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ