Sizin reklam burada
Sizin reklam burada

Bu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Bu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olunduƏvvəlcə, Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon prokurorluğunun işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdik, önünə tər güllər düzdük.
Bayram tədbirini Rayon Prokurorluğunun binasında davam etdirdik. Rayon Prokuroru Akif Rzayev tədbirdə çıxış edərək respublikanın prokurorluq orqanlarının keçdiyi 104 illik şərəfli yoldan danışdı. A.Rzayev dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd edərək, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğuladı.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla birgə prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzuladıq. Qeyd etdik ki, prokurorluq işçiləri ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Tədbirdə digər çıxış edən rayon hüquq-mühafizə orqanlarının rəhbərləri prokurorluq orqanlarının insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət etdiyini vurğulayıb, prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etdik.
Sonda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 104 illiyi münasibətilə rayon Prokurorluğunun əməkdaşları Lerik Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olundular.

İqbal Məmmədov
Milli Məclisin deputatı

Bu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olunduBu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olunduBu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olunduBu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olunduBu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olunduBu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olunduBu gün Lerik rayonunda Prokurorluq işçilərinin peşə bayramı  qeyd olundu

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ