Sizin reklam burada
Sizin reklam burada

Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçirib

Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribSentyabrın 9-da Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla 150-dən çox məktəbli ilə görüşüb.
Yeni dərs ilinin başlanması münasibətilə keçirilmiş tədbirdəAdil Əliyev bildirib ki,Azərbaycan xalqı sülhsevər xalqdır, amma 30 il ərzində aparılan danışıqlar nəticəsiz qaldı və torpaqlarımızı düşmən tapdağından azad etmək üçün müharibədə, döyüş meydanında vuruşmalı olduq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına imkan vermədik.
Vitse-spiker vurğulayıb ki, qazilərimizin və şəhid ailələrinin sosial vəziyyəti və rifahı, eləcə də onların övladlarının təhsil məsələləri həmişə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir. Onun yürütdüyü siyasətə, verdiyi tapşırıqlara uyğun olaraq qazilərimizi və şəhid ailələrini, onların övladlarını hər zaman qayğı ilə əhatə etməli, bütün uşaqları qorumalıyıq. Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir” və biz o gələcəyi daha yaxşı qurmaq üçün əlimizdən gələni etməliyik.
Adil Əliyev bildirib ki, Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı verdiyi tövsiyələrə əsasən, bu gün ölkəmizin ən ucqar kəndlərində belə məktəblər fəaliyyət göstərir, təhsil müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilir, təhsilverənlərin sosial durumu yaxşılaşdırılır. Bunun bariz nümunəsi olaraq,dövlət başçısının dünənBakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində, Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olduğunu qeyd etmək olar.
Məktəblilərlə görüşdə Almaniyada yaşayan azərbaycanlı professor Ağabəy Azərbaycanidəiştirak edib. Adil Əliyev Ağabəy Azərbaycaninin Vətən müharibəsi zamanı və müharibə bitdikdən sonra xalqımızın yanında olduğunu və dəstəklədiyini qeyd edib. Professor Ağabəy Azərbaycaniməktəblilərəhədiyyələrtəqdim edib.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov məktəblilərə tədris həyatında uğurlar diləyib, layiqli Azərbaycan gəncləri kimi böyümələrini arzulayıb.
Milli Məclisin sədr müaviniAdil Əliyev bildirib ki, övladlarımızın təhsili və təlim-tərbiyə məsələləribizim mənəvi borcumuzdur.Şəhidlərimizin bizə əmanət etdikləri övladları, öz övladlarımız kimi sevməli və hərbirini qorumalıyıq. Vitse-spiker üzünü şəhid övladlarına tutaraq bildirib ki,onlar təhsillərində mütləq müvəffəqiyyət qazanacaq, öz qəhrəman atalarına layiq övlad kimi böyüyəcək, ölkəmizin layiqli vətəndaşları olacaqlar. Adil Əliyev onları “Azərbaycanımızın gələcəyi”adlandırıb.
Sonra şəhid ailələrinin üzvləri, qazilər, məktəblilərin valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Vətənimiz və xoşbəxt gələcəyimiz uğrunda canlarını fəda etmiş şəhid və qazilərimizinövladlarıvətənpərvər ruhlu şerlər söyləyiblər.
Tədbirin sonunda məktəblilərə məktəbli forması və çantalar təqdim edilib.
Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçiribMilli Məclis sədrinin müavini Adil Əliyev şəhid və qaziövladları da daxil olmaqla məktəblilərlə görüş keçirib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ