
1989-cu ildə Bakı Dövlət Universitetininin Hüquq fakültəsini bitirdikdən sonra 1995-ci ilə qədər məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1995-2000-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının hakimi olmuşdur. 2001-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət İdarəsinin Baş məsləhətçisi, Baş ədliyyə müşaviridir. O, eyni zamanda İcra Xidmədində Monitorinq Qrupunun rəhbəridir. Fəxri ədliyyə işçisidir. İlqar Abdullayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdir. Bədii yaradıcılıqla məşğul olur. Dövrü mətbuatda tez-tez maraqlı yazılarla çıxış edir. "ÇİNARIN HƏSRƏTİ", "ODU SÖNMÜŞ OCAQ", "TAMAH", "TALEYİNİ YAŞAYANLAR" kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl Qələm" media mükafatı laureatıdır.

P.S.: Dəyərli dostum İlqar müəllim, hələ ömrün baharıdı. Payızı qarşılayın yaradıcı baxışlarla, ancaq baharı bu tezlikdə ötüb getməyin. Sizdən yeni-yeni yaradıcılıq gözləmək arzusu ilə "Omürün payızı" mübarək olsun, deyirəm.
Bəradər Səməndərli