Sizin reklam burada
Sizin reklam burada

Reyddə polis əməkdaşına əl-qol atan şəxs Pərviz Məmmədzadə çıxdı

Reyddə polis əməkdaşına əl-qol atan şəxs Pərviz Məmmədzadə çıxdı Editor.az-ın Milli Məclisin deputatı Məşhur Məmmədovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılması ilə bağlı xəbəri media və sosial şəbəkələrdə geniş reaksiya doğurdu. Deputatın yaxın ətrafı sosial şəbəkələrdə yayılan görüntülərin bir neçə il öncəyə aid olduğunu əsas gətirərək millət vəkilinə haqq qazandırmağa çalışmasına baxmayaraq, bu Məşhur Məmmədovun həmin dövr üçün qanunvericiliyin tələblərini pozması faktını dəyişdirmir.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, yayılan görüntülərdə qaydaları pozan deputat Məşhur Məmmədovun yol polisi əməkdaşları ilə ünsiyyətdə nəzakət qaydalarından kənara çıxmadığı, səhvini etiraf etdiyi görünür.
Lakin, görüntülərdə Məşhur Məmmədovu müşayiət edən bir şəxsin deputatdan fərqli olaraq polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı görünür. Həmin şəxs polis əməkdaşına barmaq silkələyərək, polisin ona “vətəndaş” deyə müraciətinə “mən sənin üçün vətəndaş deyiləm, bağırma”-deyə reaksiya verir.
Editor.az-a polisə tabesizlik göstərməyə çalışan şəxsin kimliyi ilə bağlı məlumat daxil olub. Məlumatlı mənbə bildirib ki, reyddə yol polisi əməkdaşı ilə kobud, əl-qol hərəkətləri ilə danışan şəxs Azərbaycanın İstanbuldakı keçmiş Konsulu, hazırda isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF)sədr müavini postunda çalışan Pərviz Məmmədzadədir. Onun Türkiyədəki Azərbaycan diasporuna rəhbərlik edən şəxslərdən biri olduğu qeyd olunur.
Mənbə iddia edir ki, Pərviz Məmmədzadə reydin keçirildiyi dövrdə Azərbaycanın İstanbuldakı Konsulu vəzifəsində çalışıb.
İddialarla bağlı Pərviz Məmmədzadənin də mövqeyini dərc edə bilərik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ