Sizin reklam burada
Sizin reklam burada

Bəradər Səməndərli: "Axı, təmsil edirsən, sən Saatlı bölgəsin"!

Bəradər Səməndərli: "Axı, təmsil edirsən, sən Saatlı bölgəsin"!Vətənin igid, qeyrətli oğlu, ikinci Qarabağ savaşı qazisi, dəyərli dostum Elvin Abbasov, səni ata olmağın münasibətilə ürəkdən təbrik edir, gözaydınlığı verir, yenicə dünyaya göz açan və ailə həyatına işıq saçan övladının ayağının sayalı, uğurlu, düsərli, ruzu-bərəkətli, sağlıqlı, sevincli, səadətli, məhəbbətli olmasını arzulayıram!

Təzələndi həyatın,
Dəyişərək kökündən.
Gözün aydın a qardaş,
Ata oldun bu gündən.

Bəhər verdi bağın da,
Bu münbit torpağında.
Səni təbrik edirəm
Əlamətdar çağında.

Elvin qardaşım, daim
Ucadan gəlsin səsin.
Gün o gün olsun balan,
Səni baba eyləsin.

Axı, təmsil edirsən,
Sən Saatlı bölgəsin!

Bəradər Səməndərli
"Atribut" qəzeti və
"Atributinfo.az" saytının baş redaktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ