Sizin reklam burada
Sizin reklam burada

Milli Məclis sədrinin müavini Adil Əliyev seçiciləri qəbul edib

Milli Məclis sədrinin müavini Adil Əliyev seçiciləri qəbul edib20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat, Milli Məclis sədrinin müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev avqustun 22-də şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti qəbulunu keçirib.
Nərimanovda yerləşən deputat ofisində keçirilən qəbul zamanı ərazi məhdudiyyəti olmadan şəhid ailələrinin, qazilərin, habelə seçicilərin müraciətləri Adil Əliyev tərəfindən dinlənilib. Qəbul zamanı qaldırılan müxtəlif məsələlər müzakirə edilərək bir qismi yerindəcə həllini tapıb. Qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu sosial, məişət şəraitinin yaxşılaşdırılması, kommunal problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər araşdırılması üçün aidiyyəti qurumlara sorğular hazırlanması ilə bağlı göstərişlər verilib. Həmçinin vətəndaşların mövcud qanunvericiliklə bağlı sualları cavablandırılmaqla, hüquqi müstəvidə həll istiqamətləri izah olunub.
Görüşdə vitse-spiker Adil Əliyev xalqımızın ölkə başçısının ətrafındakı sıx birliyi nəticəsində uzun illər işğal altında qalmış tarixi torpaqlarımızın düşmən işğalından azad edilməsini qeyd edərək, tarixi qələbəmizə görə məhz qəhrəman Vətən övladlarına borclu olduğumuzu bildirib. O, qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan böyük avadlıq, quruculuq işləri Qarabağımıza yeni nəfəs qətirib. Eləcə də, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində düşmənin tarixi torpaqlarımızı tərk etməsini bildirən Adil Əliyev, bu gün bütün dünyanın Laçın rayonundan çıxan ermənilərin törətdikləri yanğınların şahidi olmasını diqqətə çatdırıb.
Qəbulda iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Milli Məclis sədrinin müavini Adil Əliyev seçiciləri qəbul edib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ