Sizin reklam burada
Sizin reklam burada
  • Nümunəvi insan, fəal millət vəkili

    Nümunəvi insan, fəal millət vəkili Cəmiyyət, əlbəttə ki, özünün fədakar insanlarını həmişə uca tutur. Bu gün dövlət dəyərləri sədaqətli insanlar üçün bir nömrəli məsuiyyətdir. Tam səmimi etiraf edək ki, millət vəkili İqbal Məmmədovun da ictimai-siyasi fəaliyyətində bu amil özünü aşkar ifadə edir.

    Tanışlıq:
    Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin il də Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.
    Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.
    2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis (V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis (VI çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir.
    Milli Məclisin Aqrar siyasət komitəsinin, İndoneziya, Kuba, Liviya, Türkiyə, Ukrayna, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
    İqbal Məmmədov nümunəvi ailə başçısı, layiqli millət vəkili və xeyirxah cəmiyyət insanıdır. Onun ictimai müstəvidə gördüyü işlər çoxşaxəli, milli-mənəvi dəyərlərə əsaslanır. O, cəmiyyətə fayda verəcək və xeyir gətirəcək işlərin təbliğatçısıdır. Bu örnək fəaliyyətin fonunda o, əsl Vətən övladıdlr. Vətən - Xalq onun üçün ayrılmaz qüvvələrdir. Yaşadığı, üzərində gəzdiyi torpaq ona canından əzizdir. Elə ana torpaq uğrunda döyüsərək 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazan Qailərə, Səhid ailələrinə gostərdiyi diqqət və qayğı bunun bariz nümunəsidir
    İqbal müəllim daim seçicilərinin yanında olan, bu və digər problemləri ilə yaxından maraqlanan, narahatlıq doğuran məsələləri diqqət mərkəzində saxlayan və maksimum həllinə nail olan, başqa sözlə, secicilərinin yüksək rəğbətini qazanan dəyərli millət vəkilidir. Elə bu səbəbdəndir ki, qayğılı insanlar onunla qarşılaşanda üzlərində isti bir təbəssüm görünür. İbal müəllimin xoş və ürəkaçan sözləri onları həyata bağlayır. Nə xoş ki, o, həmişə səmimi duyğuların, real ehtiramın cəm olduğu əhatədə qərar tutur. Onun insanlıq vəsfinin özündə də bir səmimiyyət durur. İstər öz ailəsində, istərsə də onu sevənlərin yaddaşında o, əsl insanlıq simvolu, xarizmatik vətəndaş, qayğıkeş insan kimi cilalanır.
    Bəli, mən öz şəxsi prizmamdan çıxış edərək deyirəm ki, İqbal Məmmədovun ömür, həyat yolu çoxları üçün bir təkandır, insanlığı heç bir sistemə, heç bir hüduda sığmır. Yaşayıb kecdiyi enişli-yoxuşlu həyat ona bu mürəkkəb yaşantının müqabilində sonradan gözəl və mənalı illər – xoş həyat nəsib edib. Nə xoş ki, onun övladlarının həyata baxışlarında da bu vəsfin böyük göstəriciləri diqqət çəkir.
    İqbal Məmmədovu tanıyanlardan elə bir insan təsəvvür etmək mümkün deyil ki, xeyirxahlığından faydalanmasin və bunu dilinə gətirməmiş olsun. Əslində, İqbal müəllim çox təvazökar və olduqca sadə insandır; kimsədən bir təmanna gözləmir, əvəz ummur. Haqqı itirmək, olanı dəyərləndirməmək onun əxlaq və mənəviyyatına yaddır. O, sözünün və nəfsinin sahibidir. Hətta, verdiyi söz ona maddi zərər vursa belə, onu yerinə yetirir. Nikbin adamdır. Şikayətləndiyini, çətinlik qarşısında özünü itirdiyini, əzildiyini görmək mümkün deyil. Xeyirxahlıq etməkdən və sevdikləri ilə bir süfrədə oturmaqdan xüsusi zövq alır. Hədsiz qonaqpərvərdir. Buna görə onun evi hamı üçün bir ata ocağı, bir ziyarətgahdır.
    Ümümiyyətlə, İqbal Məmmədovun insana ehtiramı çoxdur. O, hələ uşaq yaşlarından yaxşı bilir ki, insanı zəhmət ucaldır. Buna görə onun özünün də həyatının ən uca məqamları məhz zəhmətlə süslənib. Bu gün insanlar arasında hörmət və izzət sahibi olması da elə bu zəhmətsevərliyin bir təzahürüdür.
    İqbal Məmmədov bugünkü günə qədər böyük həyat yolu keçib. Bu gün onun üzərində əsl vətəndaş və bir ictimaiyyətçi, fəal millət vəkili kimi mühüm məsuliyyətlər durur. Xoşbəxtdir ki, bu vəzifələrin öhdəsindən şərəflə gəlir və bu ucalıqlar ona əbədiyyət ruhu verir. Tam səmimi deyim ki, bəlkə elə buna görə onun ömür yolu bir kitaba sığmaz; çünki o, öz həyatının ən çətin anlarını səbr və təmkinlə mühafizə edib. Ən əsası, bu gün ölkəmizin siyasi-ictimai həyatında onun da öz müvəffəqiyyəti və öz uğurları var. Bu da onun dövlətçilik işindəki məsuliyyətini bir qədər də artırır.
    İqbal Məmmədova gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı arzu edirəm.

    Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "Atributinfo.az" saytının baş redaktoru
    Nümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkiliNümunəvi insan, fəal millət vəkili

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ