Sizin reklam burada
Sizin reklam burada

Bu gün Lerik rayonu şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin yaranmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirildi

Bu gün Lerik rayonu şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin yaranmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirildi İqbal Məmmədov
millət vəkili

Tədbirdə Lerik rayonu İcra Hakimiyyətinin Başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, rayonun huquq muhafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri, Şəhid ailə üzvləri və məktəbin məzunları iştirak edirdilər.
2022-ci ilə qədərki statistikadan məlum olur ki, Çayrud məktəbini 3400 nəfər məzun bitirib. Onlardan Azərbaycan Respublikasında 500 nəfərə qədər, xarici ölkələrdə 220 nəfərə qədər ali təhsil və 120-dən artıq məzun isə orta ixtisas təhsili alıb. Məktəb məzunları arasında elmin müxtəlif sahələri üzrə 6 elmlər doktoru, 25-dən artıq elmlər namizədi, aspirant və dissertantlar, magistrlər, yüzlərlə müəllim, 30-dan artıq həkim, onlarla hüquqşünas, hakim, jurnalist, mühəndis, iqtisadçı, hərbçi, tanınmış incəsənət xadimləri, yazıçı və şairlər, naşir, kənd təsərrüfatı üzrə mütəxəssislər, müasir dünyanın elmi-texniki nailiyyətlərindən bol-bol bəhrələnən ziyalılar yetişib.
Qeyd edək ki, məktəbin məzunlarından dördü I Qarabağ, ikisi Vətən muharibəsində şəhidlik zirvəsinə yüksəlib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ