Sizin reklam burada
Sizin reklam burada

Razi Nurullayevdən bayram günlərinin sayının azaldılması ilə bağlı şərh

Razi Nurullayevdən bayram günlərinin sayının azaldılması ilə bağlı şərh Razi Nurullayev
Milli Məclisin deputatı

Azərbaycanda bəzi ölkələrə nisbətdə bayram günlərinin sayı çox ola bilər. Amma bayram günlərinin sayını azaldaraq iş effektivliyinə və iqtisadiyyatın inkişafına nail olmaq məsələsi ilə razılaşmıram. Düşünmürəm ki, iş günlərinin sayını artırmaqla Azərbaycanda iqtisadi inkişaf yüksələr, vətəndaşlarımızın sosial həyatı, qazancı artar.
Son zamanlar dünya ölkələrində müşahidə etdiyim tendensiya budur ki, onlar iş saatlarını azaldırlar, vətəndaşa istirahət, yaşayışı üçün daha çox zaman tanımaq yolunu tuturlar. Əslində hazırda Azərbaycanda insanların Əmək Məcəlləsinə görə iş saatı 8 saatdır. Buna baxmayaraq, elə insan var ki, 12-14 saat işləyir. Hətta dövlət idarələrində də insanlar 8 saatdan çox işləyirlər. Elə olur, nazir belə, 8 saatdan sonra əlavə olaraq 4-5 saat iş yerində qalır. Nazir qalırsa, 300-400 nəfərlik kollektivi də iş yerində qalır. Hətta Prezident Administrasiyasında işləyənlər belə, evlərinə vaxtında getmir. Ölkədəki vəziyyətə, tapşırıqlara uyğun 10-12, hətta elə olur, 13-14 saat iş yerində qalmalı olurlar.
Eynilə tikinti sahəsində çalışan fəhlələr də 8 saat yox, bəzən 13 saata yaxın işləyirlər. Muzdlu işçilər də bunun kimi. Məncə, Azərbaycanda bu gün işləyən insanların ən böyük problemi daha çox iş yerində zaman keçirmələridir. Onlar bəzən ailələrinə, uşaqlarına ayırmağa zaman tapmırlar. Şənbə günü, hətta bəzən bazar günləri də onları işə dəvət edirlər. Çox az sayda qurum var ki, 8 saatlıq iş rejiminə əməl edir.
Nazirlər Kabinetinin bayram günləri ilə bağlı qəbul etdiyi qərarı dəstəkləyirəm. Şənbə-bazara düşən bayram günlərinin növbəti həftə içinə keçirilməsi nəticəsində bəzən bayram günlərinin sayı 5-6 günə çata bilər. Bu, çox gözəldir. Həddən artıq yaxşıdır. Bu qərarı dəstəkləyirəm. Vətəndaşlarımız da dəstəkləyir. Çünki məntiqlidir, ona görə dəstəkləyirik. Bayram günlərinin sayını azaltmaq insanlara zülm etmək olar. 4-5 günlük bayram ərzində kimlərsə ailəsini götürüb hansısa rayona gedir, problemini həll edir, xəstəsini harasa aparır…
Əmək Məcəlləsinə görə, iş saatından əlavə çalışan şəxslər 1,5 və ya 2 qat əlavə əmək haqqı almalıdırlar.
Bizdə buna bir çox səbəblərdən əməl olunmur. Ona görə bayram günlərinin sayının çox olması heç də Azərbaycanda iqtisadi tənəzzülə gətirib çıxarmır. Bu, vətəndaşlarımızın yaşayış səviyyəsinin aşağı düşməsinə də səbəb ola bilməz. Qoy, bayram günlərimiz çox olsun. TəDünyada iş saatlarının azaldılması çağırışları var. İnsanlar ailəsinə, öz işinə-gücünə vaxt ayıra bilmədiklərinə görə 8 saatlıq iş rejimini də çox hesab edirlər. Bildiyim qədəri ilə, İsveçdə, Danimarkada və bir çox ölkələrdə iş saatının azaldılması barədə artıq qanun qəbul olunub.
Vətəndaşın işlədiyi zamanın effektiv keçməsi vacibdir. Bizdə bayram günü işə gedirlər. Lakin bayram günündə yarım gün iş rejimi vətəndaşlar üçün ən effektsiz gün olur. Bayram ab-havası iş görməyə həvəsi öldürür. Hər kəs saata baxır ki, evə tez getsin. Elə bir sistem, məsuliyyət mexanizmi qurmaq olar ki, işçi özü başa düşsün, 7-8 saat işləyəcəksə, gününü sosial şəbəkədə keçirməsin, şəxsi işləri ilə məşğul olmasın, vicdanla yanaşaraq, işlədiyi müəssisənin fəaliyyətinə töhfə versin, sırf işini buna həsr etsin. Elə bu səbəbdən başqa ölkələrdə əmək haqqı saat hesabına görə hesablanır. Hər bir insan dəqiqəsini belə işlədiyi quruma sərf edir. Azərbaycanda isə belə deyil. Bir çox müəssisələrdə işçilər günlərini keçirir, sosial şəbəkədə veyillənir, şəxsi məktublar yazır, qulağında telefon kiminləsə danışır, ya da oyun oynayır. Bunlara qarşı mübarizə aparmaq lazımdır.
Hər kəsdən iş yerində konkret nəticə tələb etmək vətəndaşların sosial həyatına və ölkə iqtisadiyyatına daha böyük təsir göstərər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ