Sizin reklam burada
Sizin reklam burada

Ülvi Quliyevdən jurnalistlərə TƏBRİK

Ülvi Quliyevdən jurnalistlərə TƏBRİKÜlvi Quliyev
Milli Məclisin deputatı

22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci ilin məhz bu günündə görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ozamankı dövrün mühüm ictimai-siyasi hadisəsi kimi tarixə düşüb.
Müasir Azərbaycan mediasında oxucu və tamaşaçı inamını qazanan, Zərdabi yoluna sədaqətlə xidmət edən, sözün çəkisini və qədrini bilən, informasiya ilə peşəkar və ədalətli səviyyədə işləməyi bacaran dəyərli jurnalistlər nəsli yetişib. Bu gün məhz bu nəsil Zərdabi yolunu inamla davam etdirir, ümummilli maraqlarımızın qorunmasına və cəmiyyətimizə obyektiv informasiyanın çatdırılması işinə əvəzsiz töhfələr verir. Jurnalistikanın dəyişməz prinsiplərinə dönmədən əməl edən media mənsublarımız 44 günlük Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan informasiya savaşında söz və qələmlə peşəkar səviyyədə işləmək nümunəsini ortaya qoyaraq peşə borclarını ləyaqətlə yerinə yetirdilər.
Peşə bayramı münasibətilə hörmətli jurnalistlərimizi səmimi qəlbdən təbrik edir, düşmənlərimizə və bədxahlarımıza qarşı işlətdikləri qələmlərinin hər zaman iti qılınc kimi kəsərli, cəmiyyətimizə isə məlhəm olmasını arzu edirəm. Bayramınız mübarək olsun!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ