
Yalvarıram bu qazilərlə ciddi maraqlanın. Problemləri ilə məşğul olun. Çağırın söhbət edin, təsəlli verin, stimul verin. Elə edin ki, özlərini tək, çarəsiz hiss etməsinlər. Psixoloji durumları yerində deyil. Həm müharibədə aldıqları travmalar, həm də sosial vəziyyətləri onları neqativ düşünməyə vadar edir.
Belə arzuolunmaz halların qarşısının alınması üçün İcra hakimiyyətlərində vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə psixoloqlar götürülsün. Həssas qruplarla söhbət aparılsın. Onların dərdini dinləyək, problemlərini bilək.
Artıq ardıcıl yaxşı xəbərlər eşitmirik. Hər kəs gücü çatdığı qədər psixoloji yardım etsin. Edə bilmirsinizsə ətrafınıza bildirin. Bu məsələdə hər birimiz səfərbər olmalıyıq.