Sizin reklam burada
Sizin reklam burada

"Regional Qadin Təşəbbüsləri" Birliyi layihəsini yekunlaşdırdı

 "Regional Qadin Təşəbbüsləri" Birliyi layihəsini yekunlaşdırdı "Regional Qadin Təşəbbüsləri" İctimai Birliyi “Mühribədən əziyyət çəkmiş qadınlara sosial-psixoloji yardımların göstərilməsi” adlı layihəni həyata keçirdi.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci il tarixindən 30 iyun 2022-ci il tarixinədək Bakı şəhərində və Bərdə rayonunda layihənin icrası başa çatdı. "Regional Qadin Təşəbbüsləri" İctimai Birliyi tərəfindən müharibədən əziyyət çəkən, psixoloji dəstəyə ehtiyacı olan qadınlarla danışıqlar aparıb onlarla psixoloji seanslar keçirdi.
Layihənin icrası zamanı qadınlarla keçirilən psixoloji seanslarda psixoloqlar onlara bu vəziyətdən nece çıxmalarına köməklik göstərdilər. Layihədə 35 nəfər iştirak etdi.Bunlardan Bakı şəhərində 17 nəfər qadınla keçirilmişdir, Bərdə rayonunda isə 18 nəfər iştirak etmişdir. Onlardan 16 –sı qadın, 2-si isə uşaq idi.
Hər iştirakçının probleminə uyğun seans sayı seçilmişdir.
Bu müddət ərzində psixoloji mərkəzlərlə danışıqlar keçirildi, müharibədən əziyət çəkmiş qadınlarla əlaqə yaradıldı və mərkəzlərə dəvət olunaraq seansların vaxtları müəyyənləşdirildi.Seanslar uğurlu şəkildə tamamlandı.
Seanslar müxtəlif təcrübəli psixoloqlar tərəfindən həyata keçirildi. Bu zaman ərzində Bakı Şəhərindəki və Bərdə rayonundakı psixoloji dəstəyə ehtiyacı olan qadınların bir qismi layihədən yararlana bildilər.Bu layihə həmin qadınların həyatlarında bir sıra dəyişikliyə qismən də olsa kömək oldu. Hər seansları bitirən iştirakçılara kiçik də olsa tibbi sosial yardımlar təqdim edildi.
Layihənin sonunda ümumilikdə böyük əksəriyyəti qadınlar olan 35 nəfər öz psixoloji problemlərindən az da olsa azad oldular. Bu da onların gələcək həyatında, ailə ,qohum – tanış arasında komplekslərindən azad olmağa kömək göstərəcək.
"Regional Qadin Təşəbbüsləri" İctimai Birliyin “Mühribədən əziyyət çəkmiş qadınlara sosial-psixoloji yardımların göstərilməsi” adlı layihənin yəni psixoloji seansların həyata keçirilməsi müharibədən böyük sarsıntı keçirən qadınlara bugün və gələcək həyatlarında kiçik də olsa kömək olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ