Sizin reklam burada
Sizin reklam burada
  • Silahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olundu

    Silahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduBu gün Azərbaycanın qalib Ordusu-Silahlı Qüvvələr Günü münasibətilə ölkəmizin hər yerində keçirilən ənənəvi tədirlərdən biri də Sabirabad rayonunda təşkil olunmuşdur.
    Belə ki, Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə sözügedən rayonunda yerləşən "N" saylı hərbi hissədə bayram konserti keçirilmişdir. Tədbirdə öncə vətən uğrunda canından keçmiş Səhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Hərbi Hissə komandiri mayor Fərahim Eyvazov, Milli Məclisin deputatı Ramin Məmmədov, sosialist əməyi qəhramanı, prezident təqaüdçüsü Fatma Hüseynova, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Silahlı Qüvvələrin yaranması, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunmasından ətraflı məlumat vermişlər.
    Daha sonra "N" saylı Hərbi Hissəyə göstərilən mənəvi dəstəyə görə təşkilatçılar Hərbi Hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
    Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış müxtəlif musiqi nömrələri səsləndirilmiş, gənc əsgərlər rəqsə dəvət edilmişlər.
    Sonda Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrı tərəfindən “Bura Azərbaycandır” adlı vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
    Silahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olunduSilahlı Qüvvələr Günü münasibətilə Sabirabadda tədbir təşkil olundu
    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ