Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda bəzi pensiyaçılar daha çox vəsait ala biləcəklər

Azərbaycanda bəzi pensiyaçılar daha çox vəsait ala biləcəklər Azərbaycanda bəzi pensiyaçılar daha çox vəsait ala biləcəklər.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əskini tapıb.
İşləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında da dəyişikliklər olacaq.
Belə ki, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.
Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiya onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil, işlədiyi ayların sayı qədər, amma ən çox 6 il (və ya 72 ay) azaldılacaq.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ