Sizin reklam burada
Sizin reklam burada
  • Sabahdan 9 günlük Novruz tətili başlayır

    Sabahdan 9 günlük Novruz tətili başlayır 9 gün ardıcıl - 9, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart qeyri-iş günləridir.
    Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır.
    Qeyri-iş günləri martın 19-da başlayacaq və martın 27-də isə son qeyri-iş günü olacaq.
    Belə ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
    Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
    Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.
    Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl - 9, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart qeyri-iş günləridir.
    Növbəti iş günü martın 28-dir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ