Razi Nurullayev
millət vəkili
millət vəkili
İmişli şəhərində ziyarət etdiyim ailələrdən biri çox həssas idi. Ailənin üçü üzvü var, üçü də əlil. Ana alır, ata və balanın pensiyası dayandırılıb, amma, Inşallah həll olunacaq.
Ana birinci qrup əlil Məmmədova Yeganə. Bu xanıma əlil arabası müraciətimiz üzrə TSEK tərəfindən verildi və artıq araba ilə bayıra çıxaraq günəşi görüb. Çox yaxın zamanda elektron araba da təqdim ediləcək.
Qızı Məmmədova Rəvanə ikinci qrup əlil olub, iki il öncə dayandırılıb. Qıcolma xəstəliyi, 1989 təvəllüdlü, Birinci qrup ana və atası ilə yaşayır. Ailə həyatı qura bilməyib. Yıxılır və yolda qalır.
Ata Məmmədov Vahid Əhliman oğlu, ikinci qrup əlilliyi iki il öncə dayandırılıb. Vəziyyəti ağırdır, əlləri əsir, yaxşı yeriyə bilmir. Üç əlil bir evdə.
Mən elə onların yanında TSEK sədri hörmətli Anar Bayramovla danışdım və vəziyyəti dedim. Həssaslıqla qarşıladı və təkrar müayinə ediləcəklər və İnşallah qrupları bərpa ediləcək. Çünki, doğurdan da xəstədirlər.
Bu ailəyə əlaqədar dövlət qurumları ilə əməkdaşlıq şəraitində kömək edə bildiyimizə görə xöşbəxtəm.
